27 fevral 2020-ci il tarixində Rusiya və Suriya Silahlı Qüvvələrinin Suriyanın İdlib vilayətində Türkiyə Silahlı Qüvvələrinin batalyonuna qarşı həyata keçirdikləri hava hücumu nəticəsində 34 Türk hərbçi şəhid olub.
Bizim.Media xəbər verir ki, Türkiyənin “TGRT Haber” kanalında xəbər aparıcısı olan Ekrem Açıkel hücumu həyata keçirən rus pilotun kimliyi haqqında danışıb.
Belə ki, Açıkel Ukraynada gedən müharibə zamanı Çernixovda əsir düşən rus pilot Aleksandr Krosnayartsevin sorğuda verdiyi ifadəni izləyicilərə çatdırıb.
“Ukraynada Krosnayartsevə Rusiyanın Suriyadakı fəaliyyətinə dair sual da verilib. Krosnayartsev isə ifadəsində “34 Türk şəhidinin öldüyü hücumda mən də iştirak etmişəm. Başqa pilotlar da var idi. İdlibdə bombardmanı həyata keçirən rus pilotların adlarını verəcəyəm” deyib” – deyə Ekrem Açıkel bildirib.
Aparıcı qeyd edib ki, verilən ifadələrin fonunda Rusiyanın Ukrayna və Suriyadakı fəaliyyətlərinə dair dəlillər BMT və Haaqa məhkəməsinə göndəriləcək:
“Aleksandr Krosnayartseva isə mülki insanları qarşı hərbi cinayət səbəbilə ömür boyu həbs cəzası veriləcək”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:49 / 26.05.2022
2 il əvvəl 34 türk hərbçisinin şəhid olması ilə bağlı ŞOK ETİRAF - VİDEO
Hazırda oxunan: 2 il əvvəl 34 türk hərbçisinin şəhid olması ilə bağlı ŞOK ETİRAF - VİDEO
Hazırda oxunan: 2 il əvvəl 34 türk hərbçisinin şəhid olması ilə bağlı ŞOK ETİRAF - VİDEO
76346
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.