Reklam fəaliyyəti ilə məşğul olan “Qlavpiar” şirkəti Rusiya Federasiyasının adının dəyişdirilməsini təklif edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “ura.news” saytında yer alıb.
Mənbə yazır ki, şirkətin nümayəndələri Dövlət Dumasının sədri Vyaçeslav Volodinə belə məzmunlu məktub göndəriblər:
“Sanksiyalardan yan keçmək üçün ölkənin adının dəyişdirilməsinin nəzərdən keçirməyinizi xahiş edirik. Sanksiya sənədlərində Rusiya Federasiyasının adı çəkilir. Adın dəyişdirilməsi bu sənədləri bir müddət əhəmiyyətsiz edəcək".
Təklif olunan variantlar siyahısına aşağıdakılar daxildir: RU, Moskvoviya, Moskva Böyük Knyazlığı, Rusiya İmperiyası. Şirkətin fikrincə, yeni adla ölkənin imicinin artacağı istisna edilmir.
Xatırladaq ki, qərb ölkələri Ukraynada xüsusi əməliyyata başlayandan sonra Rusiyaya qarşı sanksiya təzyiqlərini artırıb.
Avropa İttifaqı altı sanksiya paketi qəbul edib. Onların sonuncusu ittifaq daxilindəki fikir ayrılıqlarına görə yumşaldılıb.Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, bu sanksiyaların məqsədi Rusiyanı “ləğv etmək”dir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:59 / 26.05.2022
İş adamları Rusiyanın adının dəyişdirilməsini təklif etdilər - Sanksiyalardan yan keçmək...
Hazırda oxunan: İş adamları Rusiyanın adının dəyişdirilməsini təklif etdilər - Sanksiyalardan yan keçmək...
Hazırda oxunan: İş adamları Rusiyanın adının dəyişdirilməsini təklif etdilər - Sanksiyalardan yan keçmək...
76338
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.