Dövlət Dumasının vitse-spikeri: “Ukrayna, Belarus Rusiyaya birləşəcək, sonrasına baxarıq”

Dövlət Dumasının vitse-spikeri: “Ukrayna, Belarus Rusiyaya birləşəcək, sonrasına baxarıq”

Hazırda oxunan: Dövlət Dumasının vitse-spikeri: “Ukrayna, Belarus Rusiyaya birləşəcək, sonrasına baxarıq”

76323

“Ukrayna və ukraynalılar “evlərinə, Rusiyaya, Böyük Rusiyaya qayıdacaqlar”. 

Bizim.Media “Daily Storm”a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri qarşısında çıxışı zamanı səsləndirib.


O, həmçinin etiraf edib ki, “Kişik Rusiya”, “Yeni Rusiya” və Belarus “bizə qoşulacaq”. 

“Xerson və Zaporojye ilk addımdır. Ukraynanın işğaldan azad edilmiş qalan rayonlarının da belə imkanı olacaq. Mən həmin yerlərdə heç bir xüsusi, ayrı-ayrı dövlətlərin olacağını düşünmürəm, çünki bu, sadəcə olaraq mümkün deyil”, - Tolstoy qeyd edib.

“Elə etmək lazımdır ki, Ukraynada yeni “anti-Rusiya” əhval-ruhiyyəsi yaradılmasın”, deyə o, əlavə edib.

“Mənə elə gəlir ki, həm Ukrayna, həm də ukraynalılar vətənə, Rusiyaya, Böyük Rusiyaya qayıdacaqlar. Buna uyğun olaraq, həm Kiçik Rusiya, həm də Yeni Rusiya Belarusla birlikdə bizə qoşulacaq ... Və sonrasına baxarıq”.  Dövlət Dumasının vitse-spikeri belə deyib.
Tolstoy, həmçinin “Cənubi Osetiya” separatçı qurumun Rusiyanın tərkibinə daxil olacağına inanır. O bildirib ki, Cənubi Osetiya Şimali Osetiya ilə birləşmək istəyir. 

Deputat hesab edir ki, bu mövzuda referendum üçün mümkün sualı hüquqi baxımdan düzgün formalaşdırmaq lazımdır. 

“Biz Rusiyanın bir hissəsi ilə birləşə bilmərik, biz yalnız bütün Rusiya ilə birləşə bilərik və yalnız bundan sonra Rusiyanın tərkibində ayrı respublika olacağıq. Əminəm ki, belə də olacaq”, – rusiyalı parlamentari yekunlaşdırıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO