Məşhur ulduz və

Məşhur ulduz və "McDonald's”dan gözlənilməz ƏMƏKDAŞLIQ 

Hazırda oxunan: Məşhur ulduz və "McDonald's”dan gözlənilməz ƏMƏKDAŞLIQ 

76043

Musiqiçi və dizayner Kanye Uest nəinki dəbdəbəli paltarlar, hətta burgerlər üçün qablaşdırma hazırlayıb.  

Bizim.Media xəbər verir ki, Uest “Instagram” hesabında “McDonald's” “fast food” restoranları şəbəkəsi ilə əməkdaşlıqdan bir fotoşəkil paylaşıb.  

Reper yapon dizayneri Naoto Fukasava ilə birləşərək yeni burger qablaşdırması hazırlayıb.

Pərəstişkarları belə gözlənilməz əməkdaşlıqdan məmnun qalıb və belə bir paketdə burgerləri dadmaqdan məmnun olacaqlarını söyləyiblər. Digərləri Kanyenin fərdi burgerinin “McDonald's”da nə vaxt görünəcəyini maraqla gözləyir.  
Qeyd edək ki, 43 yaşlı Kanye Uest məşhur amerikalı müğənni, reper, prodüser, bəstəkar və modelyerdir. Beyons, Canet Cekson, Alisia Keys və bir çox başqa məşhur ifaçılar onun mahnılarını repertuarlarına salıblar. O, 2012-ci ildə özünün “YEEZY” adlı moda brendini təsis edib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO