Bu gün Davos İqtisadi Forumu başlayır - 35 ildən sonra ilk dəfə Rusiya...

Bu gün Davos İqtisadi Forumu başlayır - 35 ildən sonra ilk dəfə Rusiya...

Hazırda oxunan: Bu gün Davos İqtisadi Forumu başlayır - 35 ildən sonra ilk dəfə Rusiya...

75614

Bu gün Davosda 35 ildən sonra ilk dəfə Rusiya iş adamları və rəsmilərinin iştirakı olmadan Dünya İqtisadi Forumu işinə başlayır.

Bizim.Media bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir.

Konfrans zamanı Ukrayna Prezidenti Volodimir Zelenski də çıxış edəcək.

Bu il Forumun mərkəzi mövzusu belə adlanır: “Tarixdə dönüş nöqtəsi: dövlət siyasəti və biznes strategiyaları”.

Ümumilikdə, iştirakçılar bir sıra məsələlərə toxunacaqlar, o cümlədən: Rusiyanın Ukraynaya müdaxiləsi, Ukrayna infrastrukturunun bərpası, COVID-19 pandemiyası və iqlim dəyişikliyi.

Tədbirdə 2,5 milyondan çox insan, o cümlədən 50-yə yaxın dünya lideri iştirak edəcək.

Onların arasında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, BQXK-nın rəhbəri Peter Maurer, BVF-nin rəhbəri Kristalina Georgiyeva, Polşa Prezidenti Anjey Duda, NATO-nun baş katibi Yens Stoltenberq də var (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO