“Ali rəhbərlik Mariupolun müdafiəsini dayandırmaq əmrini verib”.
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın “Azov” alayının komandiri Denis Prokopenko videomüraciətində deyib.
“Həlak olan hərbçilərin nəşi Ukraynanın nəzarəti altında olan əraziyə təhvil veriləcək. Mülki sakinlər təxliyə edilib.
Ağır yaralılara lazımi yardım göstərilib, onlar gələcəkdə dəyişdirilərək Ukraynanın nəzarətində olan əraziyə çatdırılmaqla təxliyə edilib. Ölən qəhrəmanlara gəlincə, yaxın gələcəkdə döyüşçülərin qohumları və bütün Ukrayna onları şərəflə dəfn edə biləcəklər” – deyə Prokopenko qeyd edib.
Mariupol meriyasının məlumatına görə, Rusiyanın şəhərə təcavüzü sonucunda azı 10 min nəfər həlak olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:37 / 20.05.2022
Mariupol təslim oldu - 86 gün mühasirədən sonra - VİDEO
Hazırda oxunan: Mariupol təslim oldu - 86 gün mühasirədən sonra - VİDEO
Hazırda oxunan: Mariupol təslim oldu - 86 gün mühasirədən sonra - VİDEO
75405
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.