Reuters agentliyinin məlumatına görə, Qətər ABŞ-dan 5-ci nəsil F-35 hərbi təyyarələri almaq üçün rəsmi müraciət edib. ABŞ isə hələlik Qətərin müraciətinə cavab verməyib. Bu cavab ancaq Konqresin qərarından sonra mümkündür.
Əgər tələb gerçəkləşərsə, Birləşmiş Ştatların regiondakı müttəfiqləri İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqələrinə zərər verəcəyi ehtimal olunur.