Rusiya Müdafiə Nazirliyi Z və V hərflərinin mənası ilə bağlı sualı cavablandırdı - FOTO

Rusiya Müdafiə Nazirliyi Z və V hərflərinin mənası ilə bağlı sualı cavablandırdı - FOTO

Hazırda oxunan: Rusiya Müdafiə Nazirliyi Z və V hərflərinin mənası ilə bağlı sualı cavablandırdı - FOTO

75197

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Z və V hərflərini rəsmi hərbi simvollar hesab etmir.

Bizim.Media xəbər verir ki, bu barədə Moskva Şəhər Dumasının Kommunist Partiyasından olan deputatı Yevgeni Stupinin sorğusuna Silahlı Qüvvələrin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini Sergey Qusevin cavabında deyilir.

Onun sözlərinə görə, bu simvolların heç bir xüsusi çəkisi yoxdur:

“Buna baxmayaraq bu simvollar Rusiyanın, o cümlədən “Donetsk və Luqansk Xalq Respublikaları”nın (Ukraynada yaradılan qondarma rejimlər) hərbçiləri və vətəndaşları tərəfindən tanınıb və müsbət qarşılanıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO