Rusiya Ukraynada lazer silahından istifadə edir

Rusiya Ukraynada lazer silahından istifadə edir

Hazırda oxunan: Rusiya Ukraynada lazer silahından istifadə edir

75022

Rusiya Ukraynada lazer silahı komplekslərindən istifadə edir. Beləliklə, Kreml bahalı raketlərin istehlakını azaltmaq qərarına gəlib.

Bizim.Media “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu haqda informasiyanı Rusiya Federasiyası baş nazirinin müavini Yuri Borisov yayıb.

Onun sözlərinə görə, söhbət hədəfləri fiziki olaraq vura bilən lazer silahlarından gedir.

“Bu silahlar artıq ordunun arsenalına verilib. Bəli, ilk nümunələr Ukraynadakı hərbi əməliyyatlarda artıq istifadə olunur”, deyə o bildirib.

Borisov Ukraynada istifadə olunan lazer kompleksinin “Zadira” adlandırıldığını deyib. Qeyd edək ki, “Zadira-16” döyüş kompleksi haqda informasiya 2017-ci ilin avqustunda ictimaiyyətə sızıb.
Kompleksinin istehsalı ilə bağlı müqavilə Saratovda Ümumrusiya Tədqiqat Eksperimental Fizika İnstitutu ilə o vaxt müdafiə nazirinin müavini vəzifəsini tutan Borisovun iştirakı ilə imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO