Tokayev Nazarbayevin xanımını Qadın məsələləri üzrə Milli Komissiyadan xaric etdi

Tokayev Nazarbayevin xanımını Qadın məsələləri üzrə Milli Komissiyadan xaric etdi

Hazırda oxunan: Tokayev Nazarbayevin xanımını Qadın məsələləri üzrə Milli Komissiyadan xaric etdi

75016

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin birinci lideri Nursultan Nazarbayevin həyat yoldaşı Saranı Qadın məsələləri üzrə Milli Komissiyanın üzvlüyündən xaric edib. 

Bizim.Media xəbər verir ki, bu barədə dövlət başçısının saytında məlumat yayılıb.

Tokayevin fərmanı ilə 2006-cı ildə yaradılmış Qazaxıstan Prezidenti yanında Qadın məsələləri və Ailə-demoqrafik siyasəti üzrə Milli Komissiyanın tərkibində dəyişiklik edilib.

Belə ki, Sara Nazarbayeva, İnsan Hüquqları üzrə Müvəkkil Elvira Əzimova, skripkaçı Ayman Musxodjayeva və bir sıra başqaları onun tərkibindən çıxarılıb.

Eyni zamanda, prezident administrasiyası rəhbərinin müavini Aida Balayeva komissiyanın yeni sədri olub. Quruma rəhbərlik edən Ləzzət Ramazanova onun müavini olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO