4 ölkənin səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı – SƏBƏBİ BUDUR

4 ölkənin səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı – SƏBƏBİ BUDUR

Hazırda oxunan: 4 ölkənin səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı – SƏBƏBİ BUDUR

74990

İspaniya səfiri Markos Qomez Martinez və İsveç səfiri Malena Mard Rusiya Xarici İşlər Nazirliyinin binasına gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Mardın nazirliyə saat 13:00-da “Volvo” markalı avtomobillə gəldiyi deyilir. Onun maşını İspaniya səfirinin maşınının ardınca Xarici İşlər Nazirliyinin binasınının həyətinə daxil olub.

Bundan əvvəl isə Fransanın Rusiyadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyində olub. Ona Fransa hakimiyyətinin Rusiyanın Fransadakı diplomatik qurumlarının 41 əməkdaşını “persona non-qrata” elan etmək barədə təxribat xarakterli və əsassız qərarı ilə bağlı kəskin etiraz bildirilib.

Buna cavab olaraq, Rusiya Fransa diplomatik missiyalarının 34 əməkdaşını ölkədən çıxaracaq. Bu gün, həmçinin İtaliyanın Rusiyadakı səfiri Giorgio Staraçe Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona rus diplomatların ölkədən çıxarılmasına görə etiraz edilib.
Rusiya Xarici İşlər Nazirliyi, öz növbəsində rus diplomatlarının İtaliyadan çıxarılması üçün cavab tədbirləri görəcəyini deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO