Amerikalı ekspertlər: Kreml “Azovstal”la bağlı Kiyevlə razılaşma əldə edib - DETALLAR

Amerikalı ekspertlər: Kreml “Azovstal”la bağlı Kiyevlə razılaşma əldə edib - DETALLAR

Hazırda oxunan: Amerikalı ekspertlər: Kreml “Azovstal”la bağlı Kiyevlə razılaşma əldə edib - DETALLAR

74941

Müharibənin Tədqiqi üzrə Amerika İnstitutu (ISW) Ukrayna cəbhələrindəki vəziyyətlə bağlı növbəti hesabatını dərc edib.

Bizim.Media xəbər verir ki, hesabatın əsas nəticələrini BBC-nin “Rus Xidməti” şərh edib.

Birincisi, “Azovstal” zavodunda blokada qalan Mariupolun müdafiəçiləri çox güman ki, Ukrayna hakimiyyəti ilə Kremlin razılığından sonra təslim olublar.

Amerikalı ekspertlərin fikrincə, Kreml Mariupol üzərində tam nəzarəti öz üzərinə götürmək, bununla da Severski Donets çayından keçən rus qoşunlarının son məğlubiyyəti və Donbasdakı uğurszuzluqları ilə bağlı sosial şəbəkələrdə yaranan narazılığa qarşı çıxmaq üçün bu sövdələşməyə razılaşıblar.

İkincisi, rus qoşunlarının əsas səyləri Severodonetskə yaxınlaşmaq cəhdinə yönəlib. ISW hesabatında qeyd olunur ki, bu şəhər uğrunda döyüşdə qalib gəlmək istəyi həm də informasiya məkanında Rusiyanın Ukraynadakı hərbi kampaniyasının ümumi kursunun tənqidinə cavab vermək istəyi ilə izah oluna bilər. Rusiyanın Luqansk vilayətinə hücumunun təfərrüatlarını dəyərləndirən amerikalı ekspertlər yazır ki, Rusiya ordusu Lisiçansk və Baxmuta gedən yolları nəzarətə götürməyə çalışır və az uğur qazanır.

Daha sonra Ukrayna Baş Qərargahının məlumatlarına istinadən ISW qeyd edir ki, Rusiya ordusu Donetsk vilayətində Slavyanska növbəti hücum üçün bölmələri artırmağa və ehtiyatlar toplamağa çalışır. İnstitutun ekspertlərinin fikrincə, mayın 17-də rus qoşunları bu şəhərə doğru irəliləmək üçün bir neçə uğursuz cəhdlər ediblər.

Eyni zamanda, Liman ərazisində məhdud irəliləyiş əldə edə biliblər.

Xarkov istiqamətində isə Ukrayna qoşunları Rusiya ordusunu sıxışdırmaqda davam edir. Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, ruslar Xarkovdan təxminən 90 km aralıda mühüm nəqliyyat qovşağı olan Volçansk şəhəri istiqamətində Ukraynanın əks-hücumuna qarşı durmağa çalışırlar.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Volçanskdan İzyuma gedən yolda Rusiyanın təchizat marşrutlarınının qarşısını alırlar.

Pentaqonun məlumatına görə, Rusiya çox güman ki, Xarkov yaxınlığında, xüsusən də Belqoroda gedən magistral yol boyunca yerləşən yaşayış məntəqələrində mövqelərini saxlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO