Eks-prezident Leonid Kravçukun tabutu Kiyevdə “Ukrayna Evi”nə gətirilib. Hazırda onunla vida mərasimi başlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Ukraynaya məxsus Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, mərasimə şəhər meri Vitali Kliçko, Surkis qardaşları, Aleksandr Moroz və mədəniyyət naziri Tkaçenko gəliblər.
Qeyd edək ki, Leonid Kravçuk uzun sürən xəstəlikdən sonra 2022-ci il mayın 10-da vəfat edib. O, 1991-1994-cü illərdə Ukrayna prezidenti olub.
2021-ci ilin yayında Leonid Kravçuk ürəyindən əməliyyat olunub. O, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində hərbi münaqişənin həllinə yönəlmiş Üçtərəfli Təmas Qrupunda Ukrayna nümayəndə heyətinin rəhbəri olub.
Leonid Kravçuk Belovejskaya müqavilələrini imzalamaqla SSRİ-nin varlığına son qoyanlardan biri olub. Donbassda müharibə başlayandan sonra Kravçuk tez-tez Moskvanı tənqid edib.
Bizim.Media