Kadırov Ərdoğana səsləndi: “Azov alayı qatil və ateistlərdir”

Kadırov Ərdoğana səsləndi: “Azov alayı qatil və ateistlərdir”

Hazırda oxunan: Kadırov Ərdoğana səsləndi: “Azov alayı qatil və ateistlərdir”

74468

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası “Azostal”ın (Mariupol şəhərində yerləşən) zirzəmilərində qapalı qalan Azov alayının faşistlərini (Ukrayna döyüşçülərini belə adlandırırlar) təxliyə etməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bu fikirləri Çeçenistanın rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında yazıb.

“Müsəlman dövlətinin (Türkiyə) rəhbərinə dərin ehtiramla xatırlatmaq istərdim ki, Azov alayı Donbassın dinc əhalisinin çoxsaylı vəhşiliklərində və qətllərində iştirak edən faşist-nasist cinayətkar silahlı birləşməsidir.

“Azovstal”ın zirzəmilərində bu faşist cinayətkarlar dinc əhalini canlı qalxan kimi istifadə edərək saxlayırlar.

Bu quldur təşkilatının üzvləri Ukraynada və onun hüdudlarından kənarda mütəmadi olaraq böyük İslam dəyərlərini təhqir edən və ümumilikdə İslam dinini ələ salan bəyanatları ilə tanınırlar. 

Əgər Rusiya müsəlmanları müsəlman ölkəsi olan Türkiyənin Ukraynaya Bayraktar pilotsuz uçan aparatlarının tədarükü ilə bağlı yardım etməsi xəbərinə üzüldülərsə, təsəvvür edin ki, Türkiyənin İslamın qızğın əleyhdarlarını və müxaliflərini evakuasiya etməyə hazır olduğu mesajını necə kəskin qəbul etdilər?”, deyə o, qeyd edib.

Kadırov şəxsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib:

“Azov alayı qatil və ateistlərdir, onları indi sizə Rusiya təcavüzünün günahsız qurbanları kimi təqdim etmək istəyirlər. Sizin köməyinizlə sınaqdan və layiqli cəzadan yayınmaq istəyən cinayətkarlar tərəfindən aldanmağa imkan verməyin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO