Ukrayna qoşunları Xarkov vilayətində artıq dövlət sərhədinə yaxınlaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı telemarafonun efirində Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Vadim Denisenko yayıb.
“Xarkov vilayətinin şimal-şərqində Ukrayna qoşunları həqiqətən əks-hücuma keçdi. Artıq sərhədə yaxınıq. Ümid edək ki, yaxın günlərdə biz Ukrayna sərhədinə çatmağa çalışacağıq”, deyə o, qeyd edib.
Eyni zamanda, Denisenko vurğulayıb ki, düşmən tərəfindən üç körpünün dağıdılması Ukraynanın regionda əks-hücumunu müəyyən qədər ləngidə bilər.
“Bölgənin cənubunda vəziyyət daha mürəkkəbdir, onlar hələ də orada cəmləşirlər, daha doğrusu, Slavyanska, Kramatorska daha bir zərbə vurmağa çalışırlar. İndiyədək bu, uğursuz alınıb, lakin onların bu istiqamətdə kifayət qədər çoxlu sayda canlı qüvvəsi və texnikası var”, deyə o yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:42 / 15.05.2022
Ukrayna ordusu Xarkov vilayətində dövlət sərhədinə yaxınlaşdı
Hazırda oxunan: Ukrayna ordusu Xarkov vilayətində dövlət sərhədinə yaxınlaşdı
Hazırda oxunan: Ukrayna ordusu Xarkov vilayətində dövlət sərhədinə yaxınlaşdı
74464
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.