ABŞ-da Azərbaycan vətəndaşına qarşı cinayət işi açıldı – DETALLAR

ABŞ-da Azərbaycan vətəndaşına qarşı cinayət işi açıldı – DETALLAR

Hazırda oxunan: ABŞ-da Azərbaycan vətəndaşına qarşı cinayət işi açıldı – DETALLAR

74454

ABŞ-ın Oreqon ştatının Eugene şəhərində federal münsiflər heyəti Azərbaycan vətəndaşı Rövşən Bahadur oğlu Qasımovun da daxil olduğu cinayətkar qrupun 5 üzvündən birinin işi üzrə dinləmələri başa çatdırıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti yayıb.

Mənbə qeyd  edir ki, qrup üzvləri Oreqon ştatının Rouzburq sakinini hədəf alan internet dələduzluğu təşkil etməkdə ittiham olunurlar.

Məhkəmə Nyu Cersidə yaşayan Tomas Gerard Moutonu dörd maddə üzrə təqsirli bilib. Moughtonun hökmü dekabr ayına təxirə salınıb.

Məhkəmə sənədlərinə görə, qrupun üzvlərindən biri olan Yuta ştatından olan 46 yaşlı Kared Mak ilk dəfə 2015-ci ilin iyul ayında e-poçt vasitəsilə qurbanı ilə əlaqə saxlayıb və yaşlı kişiyə həftəlik 20 faiz gəlirlə investisiya imkanı təklif edib.

"Müştəri" tez varlanmaqda maraqlı olduqdan sonra Mak onu "investisiya tərəfdaşı" Moutona yönləndirib. O , qurbanı dəstənin başqa bir üzvü, Nyu Yorkdan olan 39 yaşlı Olabod Olukanni ilə əlaqələndirib.

Bir neçə ay ərzində Mouton və onun tərəfdaşları sistematik olaraq qurbanla e-poçt vasitəsilə əlaqə saxlayıb, onu “az riskli, yüksək gəlirli investisiya sxeminə” qoşulmağa çağırıblar.

İnvestisiya mənimsənilmiş pulların məskunlaşdığı Honq-Konqdakı fırıldaqçıların ortağından keçməli idi.

Zərərçəkmiş sonda dələduzların vədlərinə inanaraq 2015-ci ilin dekabr ayında Dubay banklarından birində Azərbaycan vətəndaşı Rövşən Bahadur oğlu Qasımovun adına açılmış hesaba bir milyon dollar köçürüb.

Zərərçəkmiş pulunu, eləcə də vəd edilən gəliri görməyib. Amma Qasımov dərhal hesabından bir milyon dollar çıxararaq Dubaydakı zərgərlik mağazalarından birində qızıl əşyalar almağa xərcləyib.

Mak, Olukanni və Qasımov artıq dələduzluqda təqsirli olduqlarını etiraf ediblər və məhkəmə sənədlərinə əsasən mühakimə olunublar. Eyni zamanda, Azərbaycan vətəndaşının nə vaxt və harada mühakimə olunduğu barədə məlumat verilmir.

İş FTB agentləri tərəfindən araşdırılıb və ABŞ vəkillərinin köməkçiləri Gavin B. Bryus və Villiam M. Maklaren məhkəmədə dövlət ittihamçısı qismində çıxış ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO