Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Avropada müharibə istəmədiyini bildirib.
Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, Lavrov bunu çərşənbə günü Oman paytaxtında keçirdiyi mətbuat konfransında deyib.
O, çıxışı zamanı Qərbin “Rusiyanı məğlub etmək” zərurəti ilə bağlı verdiyi bəyanatlara diqqət çəkib.
"Avropada müharibə perspektivləri sizi narahat edirsə, biz bunu qətiyyən istəmirik", - deyə nazir əlavə edib.
Rusiyalı diplomat xatırladıb ki, məhz Qərb indiki vəziyyətdə Rusiyaya zərbə endirəcəyini deyib. “Bundan nəticəni özünüz çıxarın”. “Kommersant” Lavrovdan sitat gətirib.
Xatırladaq ki, Avropa tamamilə Şimal yarımkürəsində və əsasən Şərq yarımkürəsində yerləşən bir qitədir. Avrasiyanın qərb hissəsini əhatə edir və şimalda Şimal Buzlu okean, qərbdə Atlantik okean, cənubdan Aralıq dənizi və şərqdə Asiya ilə həmsərhəddir.
Qeyd edək ki, Ukrayna 603,628 kvadrat kilometr ərazisi ilə Rusiyadan sonra Avropada ikinci ən böyük ölkədir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:13 / 11.05.2022
Lavrov: “Rusiya Avropada müharibə istəmir” – Ukraynanın bu qitədə yerləşdiyini nazir unudub
Hazırda oxunan: Lavrov: “Rusiya Avropada müharibə istəmir” – Ukraynanın bu qitədə yerləşdiyini nazir unudub
Hazırda oxunan: Lavrov: “Rusiya Avropada müharibə istəmir” – Ukraynanın bu qitədə yerləşdiyini nazir unudub
73823
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.