Ceyms Bondun sevgilisinin ölüm xəbəri yalan çıxdı

Ceyms Bondun sevgilisinin ölüm xəbəri yalan çıxdı

Hazırda oxunan: Ceyms Bondun sevgilisinin ölüm xəbəri yalan çıxdı

7381

“Cinayətə baxış” filmində agent Ceyms Bondun sevgilisi rolunu oynayan amerikalı aktrisa və model Tanya Roberts sağdır, ölümü ilə bağlı mesaj yalandır”.

Bizim.Media xəbər verir ki, bu haqda aktrisanın nümayəndəsinə istinad edərək Variety nəşri yazır.

Aktrisanın 3 yanvarda xəstəxanada ömrünün 66-cı ilində öldüyü deyilmişdi. O, bura itlə gəzərkən yıxıldıqdan və ağır zədə aldığından sonra gəlib.

“Variety”nin açıqladığı kimi, bazar ertəsi səhər Robertsin yerləşdiyi xəstəxana modelin sağ olduğunu bildirib. Aktrisanın nümayəndəsi onun reanimasiya şöbəsində olduğunu, vəziyyətinin ağır qiymətləndirildiyini qeyd edib.

Tanya Roberts 1980-ci illərin əvvəllərində seks simvollarından biri hesab edilib.

1985-ci ildə çəkilən “Cinayətə baxış” filmində onun ortağı Ceyms Bond rolunu oynayan Roger Mur olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO