Rusiya Rövşən Əsgərovu axtarışa verdi - FOTO

Rusiya Rövşən Əsgərovu axtarışa verdi - FOTO

Hazırda oxunan: Rusiya Rövşən Əsgərovu axtarışa verdi - FOTO

73778

Rusiya Daxili İşlər Nazirliyi “Nə? Harada? Nə vaxt?” televiziya oyununun azərbaycanlı iştirakçısı, jurnalist Rövşən Əsgərovu axtarışa verib.

Bizim.Media “kommersant.ru”ya istinadən xəbər verir ki, bu barədə informasiya nazirliyin məlumat bazasında yer alıb.

Onun Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi haqda bilgi verilmir.

Bundan əvvəl İstintaq Komitəsi ona qarşı nasizmin reabilitasiyasına görə cinayət işi açmışdı. Müəyyən edilib ki, 50 yaşlı Rövşən Əsgərov aprelin 6-dan sosial şəbəkədə Sovet İttifaqı marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan məlumat yayıb.

O, generalı təcrübəli qarətçi və oğru adlandırıb, Almaniyadan qənimətləri şəxsi istifadə üçün çıxarmaqda ittiham edib. Post sonradan silinib.

Ona maksimum beş il həbs cəzası verilə bilər. Jurnalistin özü Rusiyada olmadığını bildirib.

“Rövşən Əsgərov “Nə? Harada? Nə vaxt?” oyununda iştirak etmir və Rusiyanı çoxdan tərk edib”. Bu fikirləri aprelin sonunda İqra televiziyanın əməkdaşı Viktoriya Selivanova səsləndirib.
Qeyd edək ki, o, “Sport-Ekspress” qəzetində köşə yazarı, NTV-də müxbir işləyib. 2009-cu ildən “Baku” jurnalının PR direktorudur. "Nə? Harada? Nə vaxt?" yarışında 30 ildən çoxdur ki, iştirak edir. 2001-ci ildə "Büllur Bayquş" nominasiyasını alıb.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO