Rusiya prezidenti Vladimir Putin Ukraynada uzun sürəcək münaqişəyə hazırlaşır və bu müddət ərzində o, hələ də Donbasdan kənarda məqsədlərinə çatacağını gözləyir.
Bizim.Media “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri çərşənbə axşamı ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində dünyadakı təhdidlərə dair dinləmələrdə çıxışı zamanı Milli Kəşfiyyatın direktoru Avril Hayns səsləndirib.
“Putinin Ukraynanın şərqində hərbi səyləri cəmləşdirmək qərarı təşəbbüsü bərpa etmək üçün müvəqqəti addımdır. Ola bilsin ki, Rusiya lideri quru dəhlizini Donbas regionlarından başlayaraq “Dnestryanı respublika”ya (Moldovadakı qondarma rejim) qədər genişləndirməyi hədəfləyib. Növbəti aylarda münaqişənin trayektoriyası getdikcə gözlənilməz və potensial olaraq böyüyə bilər”, - nəşr xanım kəşfiyyatçının dediklərindən sitat gətirib.
Agentlik ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat direktoru general-leytenant Skott Beryerin sözlərinə də istinad edir:
"Rusiyanın Ukraynadakı uğursuzluqları Moskvada hakimiyyəti zəiflədə bilər. Nəticədə bu, Rusiya rəhbərliyini ABŞ və müttəfiqləri ilə qarşıdurmada daha da inadkar edəcək".
Beryer hesab edir ki, nüvə silahından istifadə ilə bağlı təhdidlər arta bilər.
CNN telekanalı Milli Kəşfiyyatın rəhbəri Avril Haynsın senatdakı çıxışındakı bu detala da diqqət çəkib.
Haynsın fikrincə, Vladimir Putinin ambisiyaları Rusiya ordusunun potensialı ilə üst-üstə düşmür:
“Moskva Ukraynada müharibəyə başlamaqla sadəcə “situasiyaya uyğun” hərəkət edib. Bu isə Rusiyada hərbi vəziyyətin elan olunması ehtimalını artırır”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:44 / 11.05.2022
ABŞ kəşfiyyatı Putinin Ukrayna ilə bağlı növbəti planlarını açıqladı – DETALLAR
Hazırda oxunan: ABŞ kəşfiyyatı Putinin Ukrayna ilə bağlı növbəti planlarını açıqladı – DETALLAR
Hazırda oxunan: ABŞ kəşfiyyatı Putinin Ukrayna ilə bağlı növbəti planlarını açıqladı – DETALLAR
73762
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.