Moldova BMT platformasına arxalanaraq Rusiya qoşunlarının Dnestryanı bölgədən çıxarılmasını tələb edib.
Bizim.Media xəbər verir ki, bunu Moldovanın baş naziri Nataliya Qavrilitsa deyib.
Moldova hökuməti başçısının sözlərinə görə, Kişinyov BMT-yə arxalanaraq rus qoşunlarının Dnestryanı bölgədən çıxarılmasına nail olmaq, eləcə də həmin ərazilərdə insan hüquqlarının pozulmasına diqqət çəkmək istəyir.
Qavrilitsanın sözlərinə görə, Moldova Dnestryanı münaqişənin sülh yolu ilə həllini tapmaq fikrindədir.
Moldova hökumətinin başçısı vurğulayıb ki, Dnestryanı mövzunun BMT-nin gündəliyində olması bu problemin dünya ictimaiyyəti üçün vacib mövzular siyahısında qaldığını göstərir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:00 / 10.05.2022
Moldova Rusiyaya səsləndi: “Qoşunlarını Dnestryanı bölgədən çıxart”
Hazırda oxunan: Moldova Rusiyaya səsləndi: “Qoşunlarını Dnestryanı bölgədən çıxart”
Hazırda oxunan: Moldova Rusiyaya səsləndi: “Qoşunlarını Dnestryanı bölgədən çıxart”
73529
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.