Avropa Şurasının rəhbəri Şarl Mişel mayın 9-da Odessaya səfəri zamanı Ukraynanın baş naziri Denis Şmıqalla görüşü raket zərbəsinə görə yarımçıq qoyub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “RİA Novosti” nəşrində yer alıb.
"Ukraynanın baş naziri ilə görüş zamanı iştirakçılar Odessa vilayətinə raketlərin düşməsi ilə əlaqədar sığınacağa getmək üçün fasilə verməli olublar", - Avropalı mənbə bildirib.
Bundan sonra rəsmilər bomba sığınacağında görüşü davam etdirməyə məcbur olublar.
Qeyd edək ki, Mişel Odessaya Avropa Gününü qeyd etməyə gəlib.
Bizim.Media