Vuçiç yenidən Serbiyanın prezidenti oldu – YEKUN NƏTİCƏ

Vuçiç yenidən Serbiyanın prezidenti oldu – YEKUN NƏTİCƏ

Hazırda oxunan: Vuçiç yenidən Serbiyanın prezidenti oldu – YEKUN NƏTİCƏ

73495

Serbiyada keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Aleksandr Vuçiç qalib gəlib. O, 58,59 faiz səs toplayıb.

Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti Respublika Seçki Komissiyasının yekun məlumatlarına istinadən xəbər verir.

Aprelin 3-də Serbiyada keçirilmiş prezident seçkilərinin yekun nəticələri RSK-nın açıq iclasında şikayətlərə baxıldıqdan və bir neçə seçki məntəqəsində təkrar səsvermə keçirildikdən sonra təsdiq edilib.

Seçicilərin 58 faizindən çoxu səsvermə hüququndan istifadə edib.

RSK-nın məlumatına görə, hazırkı prezident Aleksandr Vuçiç 58,59 faiz, onun ən yaxın rəqibi Zdravko Ponos isə 18,39 faiz səs toplayıb. Aprelin 4-nə keçən gecə Vuçiç artıq ilk raundda qələbəsini elan etmişdi.

Bundan əvvəl prezident Vuçiç bildirib ki, Serbiya sanksiyalara fərqli münasibət göstərməsinə baxmayaraq, qətiyyətlə Avropa İttifaqına doğru gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO