“Deyəsən, mən cəhənnəm realiti şousundayam, burada hərbçilərimiz həyat uğrunda mübarizə aparır, xilas olunmaq üçün hər fürsətdən istifadə edir və bütün dünya sadəcə maraqlı bir hekayəyə baxır!”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna 36-cı Əlahiddə Dəniz Briqadasının komandiri, Mariupol şəhərindəki “Azovstal” zavodunda döyüşən mayor Sergey Volina özünün Facebook səhifəsində yazıb.
“Belə ssenarilərdən film və seriallarda istifadə olunur. Yeganə fərq odur ki, bu film deyil və biz də uydurma personajlar deyilik! Bu real həyatdır! Ağrı, iztirab, aclıq, göz yaşı, qorxu, ölüm - hər şey gerçəkdir!”, deyə o, qeyd edib.
Hərbçi onu təəccübləndirən şeyin nə olduğunu da açıqlayıb:
“Sinizm!!! İnsan sinizminin sərhədi yoxdur!!! Ümumi qəbul edilmiş qaydalar var, hamı üçün eynidir. Bir dəstə qanun imza və möhürlə təsdiqlənir, amma işləmir! Bəs onlar nə üçündür?”.
Mayor “Mən nəyə ümid edirəm?” sualına da belə cavab verib:
“Gücü olan şəxslər xilasımız üçün bir həll yolu tapacaq və bu cəhənnəm realiti şousu bitəcək. Biz sizin hərəkətlərinizin nəticəsini gözləyirik... Zaman keçir, zaman isə bizim həyatımızdır!”.
P.S. Mülki əhalinin təxliyəsi üçün ağ bayraqlar dördüncü dəfə istifadə olunur. Son evakuasiyanın nəticəsi üç ölü və altı yaralı əsgərdir. Mariupol qarnizonu mülki insanları xilas etmək üçün əlindən gələni edir. Hər kəsdən hərbçilərin təxliyəsi üçün səy göstərməsini xahiş edirik.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:13 / 08.05.2022
Mariupolda mühasirədə qalan ukraynalı zabitin imdadı: “Mən nəyə ümid edirəm?” - FOTO
Hazırda oxunan: Mariupolda mühasirədə qalan ukraynalı zabitin imdadı: “Mən nəyə ümid edirəm?” - FOTO
Hazırda oxunan: Mariupolda mühasirədə qalan ukraynalı zabitin imdadı: “Mən nəyə ümid edirəm?” - FOTO
73316
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.