Çin dövlət qurumlarına xarici kompüterlərin istifadəsini qadağan etdi

Çin dövlət qurumlarına xarici kompüterlərin istifadəsini qadağan etdi

Hazırda oxunan: Çin dövlət qurumlarına xarici kompüterlərin istifadəsini qadağan etdi

73311

Çin hökumət qurumlarına və dövlət tərəfindən dəstəklənən korporasiyalara iki il ərzində xarici markalı fərdi kompüterləri yerli analoqları ilə əvəz etməyi əmr edib.

Bizim.Media “ixbt.com” saytına istinadən xəbər verir ki, bu da Pekinin əsas xarici texnologiyaları mərhələli şəkildə ləğv etmək üçün bu günə qədər etdiyi ən aqressiv səylərdən biridir.

May bayramından sonra işçilərə xarici kompüterlərin yerli alternativlərlə əvəzlənməsi  təşviq edilib.

Mərkəzi hökumətin təsdiq etdiyi təşəbbüs, çox güman ki, yalnız mərkəzi hökumət səviyyəsində ən azı 50 milyon fərdi kompüteri əvəz edəcək. Bu barədə adının gizli qalmasını istəyən mənbələr bildirib.

Qərar Çinin yarımkeçirici məhsullardan tutmuş şəbəkə avadanlığı və telefonlarına qədər hər şeyi əhatə edən idxal texnologiyasını yerli alternativlərlə əvəz etmək üçün apardığı onillik kampaniyasından sonra verilib. Qərarın Lenovo Group-dan sonra ölkənin ən böyük kompüter markaları olan HP və Dell Technologies-in satışlarına birbaşa təsir edəcəyi gözlənilir.

Bu səylər Pekinin informasiya təhlükəsizliyinə artan narahatlığını, eləcə də yerli avadanlıqlara inamını əks etdirir. Bu gün dünyanın ən böyük noutbuk və server istehsalçılarına Lenovo, Huawei Technologies və Inspur daxildir.

Kingsoft və Standard Software kimi yerli tərtibatçılar isə ofis proqram təminatı kateqoriyasında irəliləyiş əldə ediblər.

Mənbələr bildiriblər ki, kampaniya iki il ərzində regional dövlət qurumlarına yayılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO