İtaliya ərazisinə indiyədək 110 mindən çox ukraynalı qaçqın daxil olub.
Bizim.Media xəbər verir ki, İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkəyə ümumilikdə 110 min 133 Ukrayna vətəndaşı gəlib. Onlardan 57 min 266-sı qadın, 14 min 779-u kişi və 38 min 88-i isə yetkinlik yaşına çatmayanlardır.
Ukrayna vətəndaşlarının 104 min 867-si birbaşa sərhəddən, 5266-sı isə dəmir yolu polis idarəsinin nəzarətində İtaliyaya gəlib.
Qaçqınlar əsasən Milan, Roma, Neapol və Bolonya şəhərlərində qaçqın şəhərciklərinə və təbii fəlakətlər zamanı insanların sığınması üçün nəzərdə tutulan evlərə yerləşdirilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:07 / 08.05.2022
İtaliyaya sığınan ukraynalı qaçqınların sayı 110 mini ötdü
Hazırda oxunan: İtaliyaya sığınan ukraynalı qaçqınların sayı 110 mini ötdü
Hazırda oxunan: İtaliyaya sığınan ukraynalı qaçqınların sayı 110 mini ötdü
73290
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.