Müdafiə Nazirliyi köhnə silahları satışa çıxarır

Müdafiə Nazirliyi köhnə silahları satışa çıxarır

Hazırda oxunan: Müdafiə Nazirliyi köhnə silahları satışa çıxarır

73192
Bolqarıstan Müdafiə Nazirliyi istifadəyə yararsız olan minlərlə silah satacaq. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, nazirilik bu satışla 2015-ci ildə yaranan, təxminən 35 milyon avroluq büdcə kəsirini kompensasiya etməyə çalışacaq. Satılacaq silahların xüsusiyyətləri Bulqarıstan Müdafiə Nazirliyinin internet səhifəsində nümayiş edilib. 
Tender yolu ilə satışa çıxarılacaq silahlar arasında "Browning Baby" tipli kiçik tapançalar, zenit raketləri, toplar, Rusiya istehsalı olan T-55 tankları da var. Hərbi mütəxəssislər, 5,45 və 7,62 kalibrli “Kalaşnikov”x9d avtomat silahların, “Mauser”x9d, “Haenel”x9d və “Zbrojovkave Mannlicher”x9d  tüfənglərinin də satışa çıxarılacağını bildirir. 
Kolleksiyaçıların marağını çəkən tapançalar arasında isə 1922-ci il istehsalı “Browning”x9d, 1913-cü il  istehsalı “Langehan”x9d və “Margolin”x9d var. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO