ABŞ-da qalmaqal - Trampın səs yazısı yayıldı

ABŞ-da qalmaqal - Trampın səs yazısı yayıldı

Hazırda oxunan: ABŞ-da qalmaqal - Trampın səs yazısı yayıldı

7311

ABŞ prezidenti Donald Trampın Corcia ştatının dövlət katibi Brad Raffenspergeri “seçki nəticələrini dəyişdirmək üçün hərəkətə keçməyə çağırması” iddiası ictimai müzakirələrə səbəb olub.

Vaşington Post qəzeti, şənbə günü ABŞ prezidenti Tramp ilə Raffensperger arasındakı telefon danışıqlarının səs yazılarını yayımlayıb.

Təxminən 1 saat davam edən iclasın səs yazısında, seçicilərin aldadıldığını və kritik əyalətlərdən biri olan Corciada seçkilərdə qalib gəldiyini iddia edən Trump, "Tək istədiyim budur: aldığımızdan daha çox səs qazanaq. Səslərimizi 11.780-ə çatdırmaq istəyirəm, çünki ştatda biz qalib gəlmişdik" deyə qeyd edir.

Corcia sakinlərinin seçki nəticələri ilə razı olmadığını qeyd edən Donald Trump, "Səsləri yenidən hesablanacağını söyləməyin heç bir ziyanı yoxdur" ifadələrinə yer verib. Digər tərəfdən Trump, öz tvitter hesabında mövzu ilə əlaqədar açıqlama verib və Corcia ştatının Respublikaçı dövlət katibinin əyalətdəki "seçki saxtakarlığı" ilə bağlı heç bir fikri olmadığını iddia edib.  Raffensperger isə tvitter hesabında Donald Trampa cavab verib. Ştat rəsmisi Trampı ifşa edən ikinci paylaşıma yer verib: "Bütün hörmətlə cənab Prezident: Dedikləriniz doğru deyil, həqiqət ortaya çıxacaq".

Analitiklərin fikrincə, Donlad Trampın səs yazısının yayılması son günlərdə dünyanın bəzi bölgələrində ABŞ ordusunun aktivləşməsi ilə bağlı verilən qərarlarla əlaqəlidir. 20 yanvarda keçiriləcək inaqurasiya mərasimindən sonra Donald Trampın səlahiyyət müddəti bitəcək və ABŞ prezidentliyinə Co Bayden keçəcək. Lakin 20 yanvara qədər Tramp ABŞ prezidenti olaraq qərar vermək səlahiyyətinə malikdir. Səs yazısının yayılması ilə Trampın fəaliyyətini 20 yanvar tarixində qədər də məhdudlaşdırmağa xidmət edir.

Səs yazısının bilərəkdən yayımlandığını düşünən bəzi təhlilçilər isə, Donald Trampın səs yazısının yayılmasını ABŞ tarixindəki ikinci “Uotergeyt” hadisəsi ilə müqayisə edirlər. 12 yanvar 1972-ci ildə “Uotergeyt” otelində iclas keçirən Demokratlar partiyasının qərargahı prezident Riçard Niksonun əmri ilə qanunsuz olaraq dinlənildiyi ortaya çıxmış və nəticədə Riçard Nikson istefa verməyə məcbur olmuşdu.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO