Baydenin inaqurasiyası pandemiya qaydası ilə keçiriləcək

Baydenin inaqurasiyası pandemiya qaydası ilə keçiriləcək

Hazırda oxunan: Baydenin inaqurasiyası pandemiya qaydası ilə keçiriləcək

7306

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin yanvarın 20-də keçiriləcək inauqurasiyası üzrə tədbirlər sosial məsafə qaydaları ilə təşkil olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Konqresinin İnauqurasiya üzrə komitəsi bildirib.

Qeyd edilir ki, qoşunların ənənəvi keçidində silahlı qüvvələrin bütün növləri iştirak edəcək, amma hərbi qulluqçular arasında sosial məsafə qaydasına riayət olunacaq. Bu halda mülki parad bütün ölkə üzrə virtual formatda keçiriləcək.

Bundan başqa, inauqurasiyaya Konqresin özünün yalnız 435 üzvü dəvət ediləcək. Onlardan hər biri mərasimə yalnız bir qonağı gətirə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO