ABŞ-da meşələr yansa söndürən olmayacaq - Trampdan göstəriş

ABŞ-da meşələr yansa söndürən olmayacaq - Trampdan göstəriş

Hazırda oxunan: ABŞ-da meşələr yansa söndürən olmayacaq - Trampdan göstəriş

73035
ABŞ Prezidenti Donald Tramp meşə yanğınlarına qarşı tədbir görmək üçün Kaliforniya ştatına ayrılan maliyyə yardımını dayandırmaqla bağlı göstəriş verib.

Bu barədə dövlət başçısı "Twitter”dəki səhifəsində yazıb.

D.Tramp səbəb kimi ştat hökumətinin bu istiqamətdə səmərəsiz fəaliyyətini göstərıb: "Kaliforniya ştatına yaxşı idarəetmədə heç vaxt baş verməyəcək meşə yanğınları üçün milyardlarla dollar vəsait sərf olunur. Nə qədər ağlabatan olmasa da, öz qanunlarını sahmana salanadək Federal Fövqəladə Hallar Agentliyinə vəsait ayırmamağı tapşırmışam!”.

Xatırladaq ki, ötən ilin noyabr ayında Kaliforniyada meşə yanğınları nəticəsində 85 nəfər ölüb, 14 minədək yaşayış və 528 ticarət binası, 4 minədək başqa tikili dağılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO