Respublikaçılar konqresi prezident seçkilərini tanımağa çağırdılar

Respublikaçılar konqresi prezident seçkilərini tanımağa çağırdılar

Hazırda oxunan: Respublikaçılar konqresi prezident seçkilərini tanımağa çağırdılar

7302

ABŞ-da dörd Senator prezident seçkilərinin nəticələrini konqres tərəfindən sertifikatlaşdırılmasını istəyib.

Bizim.Media "Reuters"ə istinadən xəbər verir ki, ABŞ - ın “Respublikaçılar” partiyasından olan dörd senator konqresi 3 noyabrda ölkədə keçirilən prezident seçkilərinin nəticələrini sertifikatlaşdırıb, Co Baydenin president seçildiyini təsdiq etmələrini istəyib.

Respublikaçı senatorlar Suzan Kolins, Lisa Mörkovski, Bil Kasidi, və Mit Romni bu barədə sənəd imzalayıblar.

"Seçicilər səslərini verib və Konqres seçkinin nəticələrini sertifikatlaşdırmaqla işini icra etməlidir",- deyə, onlar bildiriblər.

Sənədə həmçinin “Demokratlar” partiyasından olan senatorlar Coi Mançin, Mark Vorner, Cin Şahin, Meqi Hasan, və Dik Dörban da imza atıb.

Xatırladaq ki, Tramp səsvermələrin hələ də saxta olduğunu iddia edir.

Bizim.Media, Vüqar Ağamalıoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO