Almaniya prezidenti Zelenski ilə son vəziyyəti müzakirə etdi

Almaniya prezidenti Zelenski ilə son vəziyyəti müzakirə etdi

Hazırda oxunan: Almaniya prezidenti Zelenski ilə son vəziyyəti müzakirə etdi

72972

Almaniya prezidenti Frank-Valter Ştaynmayer və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Almaniya Prezident Administrasiyasından məlumat verilib.

“Hər iki lider söhbəti çox vacib və çox yaxşı adlandırıb. Keçmişdə yaranmış anlaşılmazlıq aradan qaldırılıb. Hər iki prezident yaxın təmasda qalamaq barədə razılığa gəliblər”, – deyə mesajda qeyd edilir.

Danışıqlar Ştaynmayerin Kiyevə səfərini ləğv etmək məcburiyyətində qalmasından bir neçə həftə sonra baş tutub.
Rusiya Federasiyası ilə sıx əlaqələrə malik olduqlarını əsas gətirərək onu Kyevdə qəbul etmək istəməmişdilər.

Bundan sonra isə Almaniya kansleri Olaf Şolz Kiyevə getməkdən imtina etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO