Suriya və İraqdakı saxlanma yerlərində Azərbaycan vətəndaşları var.
Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisinin ictimaiyyətə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova komitənin 2021-ci il fəaliyyəti ilə bağlı keçirilən tədbirdə bildirib.
MÖVZU İLƏ BAĞLI:
"Beynəlxalq Qızıl Xaç Komitəsi gördüklərinə şahidlik etmir" - İlahə Hüseynova
Onun sözlərinə görə İraq və Suriyadakı saxlanma yerlərində üstünlüyü kişilər təşkil edir:
"Statistikasını ictimaiyyətə açıqlamaq səlahiyyətimiz yoxdur. Bunu dövlət özü açıqlaya bilər. Saxlanılan şəxslərə BQXK-nın nümayəndələri baş çəkir, şəraitləri ilə tanış olur və ailələri ilə əlaqə saxlayır. Qeyd olunan ölkələrin düşərgələrində qadın və uşaqlar da var".
Alçina Amilqızı, Bizim.Media