Azərbaycanlı jurnalistin oğlu Rusiyada öldürüldü

Azərbaycanlı jurnalistin oğlu Rusiyada öldürüldü

Hazırda oxunan: Azərbaycanlı jurnalistin oğlu Rusiyada öldürüldü

72759

Rusiyada azərbaycanlı jurnalist Larisa Cavanşirin oğlu öldürülüb.

Bizim.Media vesti.az-a istinadla bildirir ki, bu barədə jurnalist özü məlumat verib.

Onun sözlərinə görə, hadisə aprelin 25-dən 26-a keçən gecə Kaluqa vilayətində baş verib:

“Qətl oğlumun bir qrup şəxslə dincəlmək üçün toplaşdığı evdə olub. Səbəb məişət münaqişəsidir. Oğlum Teymur orada baş verən mübahisə zamanı qadınlardan birini müdafiə edirmiş. Bu zaman mübahisə edənlərdən biri Teymurla həyətə çıxıb. Həyətdə həmin şəxs oğlumu iki dəfə vurub, nəticədə Teymur kəllə-beyin travması alıb. Dərhal təcili tibbi yardıma məlumat verilmədiyi üçün oğlum dünyasını dəyişdi.”

L.Cavanşirin sözlərinə görə, oğlu Teymur ailəli olub, 1 övladı var.

Qeyd edək ki, Larisa Cavanşir hazırda bakuinform.az informasiya portalının rəhbəridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO