İsrailin enerji naziri Yuval Steinitz İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin İsrailin ABŞ-a qarşı təxribat planları barədə açıqlamasını cəfəngiyyat adlandırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, nazir bu barədə "KAN" televiziya və radio şirkətinə bildirib.
MÖVZU İLƏ BAĞLI:
İsrail ABŞ-İran müharibəsini başlatmaq istəyir - Amerikalılara hücumlar olacaq
Onun sözlərinə görə, İran hazırda iqtisadi və təhlükəsizlik baxımından ciddi problemlər yaşadığı üçün ölkə rəsmiləri əsassız xəbərlər yayırlar.
Nazir həmçinin bunun İranın İsrailə zərər verəcəyi haqqında xəbərdarlıq olduğunu deyib.
Qeyd edək ki, Zərif İraqdakı kəşfiyyat məlumatlarına əsasən, İsrail agentlərinin müharibə başlatmaq üçün ABŞ-ın bu ölkədəki mövqelərinə hücumlar hazırladığını açıqlayıb.
Bizim.Media