Zelenski: \

Zelenski: \"Biz dondurulmuş münaqişə ilə razılaşmayacağıq\" - VİDEO

Hazırda oxunan: Zelenski: \"Biz dondurulmuş münaqişə ilə razılaşmayacağıq\" - VİDEO

72728

“Ukrayna dondurulmuş münaqişə ilə bağlı bir daha diplomatik bataqlığa girməyəcək”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski “Wall Street Journal CEO Şurası”nın sammitində çıxışı zamanı deyib.

"Biz dondurulmuş münaqişə ilə razılaşmayacağıq. “Minsk-1”, “Minsk-2” olanda mən prezidentliyə gəlmişəm, orada müvafiq sənədlər qaldırılmışdı. Deyə bilərəm ki, bunlar ciddi sənədlər deyildi, sadəcə kağız üzərində razılaşmalar idi. Bu münaqişə dondurulmuşdu. Bizdə bir də belə sənəd olmayacaq”, - deyə Zelenski bildirib.

Prezident əlavə edib ki, Ukrayna “Minsk” razılaşmalarını pozmayıb və danışıqlar prosesindən geri çəkilməyib.

“Biz “Minsk” razılaşmasını tərk etməmişik, oranı Rusiya lideri fevralın 24-də tərk edib. Bunu açıq şəkildə dedi və hərbi əməliyyata başladı. Biz başa düşürük ki, bu, müharibədir, genişmiqyaslı işğaldır. Ona görə də o razılaşmadan çıxdılar. Daha bundan sonra belə diplomatik bataqlığa girməyəcəyik”, - deyə Zelenski yekunlaşdırıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO