Koronavirus pandemiyasından sonra yaponlar daha bir ilkə imza atıb.
Bizim.Media "NHK" saytına istinadən xəbər verir ki, artıq Yaponiya onlayn sifarişləri ünvanlara robortlar çatdıracaq.
Sentyabrda testdən keçirilən robortlar artıq ölkə küçələrində fəaliyyət göstərir. İnsanlara ancaq sifariş verib, olduğu yeri qeyd etmək qalır. Bundan sonra ən qısa zamanda bağlaması robot avtomobillər vasitəsilə ünvana çatdırılır.
Naviqasiya ilə təmin olunan robotlar hansı yolla sifarişi tez çatdırmaq mümkün olduğunu dərhal proqramdan öyrənir və sifariş qısa zamanda ünvana çatdırılır.
Bundan başqa çatdırılma xidməti göstərən robotlar kiçik olduğundan yolda heç bir maneə ilə qarşılaşmırlar.
“Panasonik” şirkəti “Rakuten” adlı robotların faydalı olduğunu gördükdən sonra hökümətə proqram təminatını hazılmağı təklif edib.
Ekspertlər bildiriblər ki, robortla bəzi ərazilərə uyğun proqramlaşdırıldıqları üçün ölkənin digər hissələrində müəyyən problemlər ortaya çıxa bilər.
Həmçinin robortların bahalı olması da digər tərəfdən inkişafın qarşısını alır. Gələcəkdə belə robortların artması ölkədə işsizlik problemini yarada bilər.
Bizim.Media, Vüqar Ağamalıoğlu
- A-
- A
- A+
Dünya
16:21 / 03.01.2021
Yaponiyada sifarişləri artıq robotlar çatdıracaq
Hazırda oxunan: Yaponiyada sifarişləri artıq robotlar çatdıracaq
Hazırda oxunan: Yaponiyada sifarişləri artıq robotlar çatdıracaq
7270
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.