Putin Makronla telefon danışığında Qərbi günahlandırdı: “Kiyevə təzyiq göstərməklə...”

Putin Makronla telefon danışığında Qərbi günahlandırdı: “Kiyevə təzyiq göstərməklə...”

Hazırda oxunan: Putin Makronla telefon danışığında Qərbi günahlandırdı: “Kiyevə təzyiq göstərməklə...”

72579

Bu gün Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya xarici mətbuatda yer alıb.

Rusiya prezidenti həmkarını yenidən seçilməsi münasibətilə təbrik edib.

Putin Makronun diqqətini Aİ ölkələrinin Ukrayna təhlükəsizlik qüvvələrinin hərbi cinayətlərinə məhəl qoymamasına yönəldib:

“Qərb Kiyev hakimiyyətinə müvafiq təzyiq göstərməklə, eləcə də Ukraynaya silah tədarükünü dayandırmaqla bu vəhşiliklərin dayandırılmasına kömək edə bilərdi”.

O, Rusiya-Ukrayna danışıqlarına da toxunub: 

“Kiyevin qeyri-sabitliyinə və ciddi işə hazır olmamasına baxmayaraq, Rusiya tərəfi hələ də dialoqa açıqdır”.

Vladimir Putin vurğulayıb ki, ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət ilk növbədə Qərbin sanksiyaları ilə mürəkkəbləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO