Çin

Çin "kvant hökmranlığına" nail olduğunu elan etdi

Hazırda oxunan: Çin "kvant hökmranlığına" nail olduğunu elan etdi

7257

Çinli fiziklər ən güclü superkompüterdən belə trilyon dəfə daha sürətli yeni kvant kompüteri yaratdıqlarını və onu real həyatda tətbiqetmə potensialına sahib olduqlarını qeyd ediblər. Bu uğurla Çin texnologiya sahəsində “kvant hegemonluğunu” elan edib.

Müasir texnologiya sahəsində “Kvant hökmranlığı”, kvant kompüterlərinin klassik kompüterləri praktik olaraq ciddi şəkildə üstələməsidir.

 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-dan Çinə yeni il “sürprizi”



Kvant kompüterlərinin praktiki istifadəsinə başlanılması informasiya texnologiyaları sahəsində çox ciddi sıçrayışdır. 

Əslində kvant kompüterləri bir neçə ildir ki, var. Amma bunların kubit tutumu o qədər kiçikdir ki, real məsələlərin həlli üçün istifadəyə yararsızdır. Çin isə yeni hazırladığı kvant kompüterin bu mənada fərqləndiyini deyir.

Qeyd edilir ki, klassik kompüterlərin icra etdiyi alqoritmlə 2.5 milyard ilə həll oluna biləcək tapşırığı kvant kompüteri 200 saniyəyə həll edə bilir.

Eyni zamanda bu, texnologiya sahəsində bir sıra çox ciddi təhdidləri də bərabərində gətirir.

Belə ki, internet məkanındakı məlumatların təhlükəsizliyi müəyyən bir şifrələmə alqoritmi ilə təmin edilir:

RSA. Bank tranzaksiyaları, dövlət təhlükəsizliyi, mesajlaşma, bulud texnologiyaları, kriptovalyutalar - hamısının təhlükəsizliyinin mənbəyi bu alqoritmdir. RSA-nı həkləmək bu günkü kompüter texnologiyası ilə praktiki olaraq mümkün deyil, ona görə hamı arxayın istifadə edir.

Ən güclü superkompüterlərlə belə şifrəni qırmağa milyonlarla il vaxt lazımdır. Kvant kompüteri üçün yazılmış “Şor” alqoritmininsə RSA-ı qırması bir neçə dəqiqəlik işdir.

Yəni belə bir kvant kompüterinə sahib olmaq nüvə bombasından da böyük bir gücdür. 

Çinin kvant hökmranlığa çatması o demək deyil ki, artıq bu gücə sahibdir. Kompüterlərin proqramlaşdırıla imkanları indiki anda məhdudur, yalnız konkret bir məsələni icra etməyə imkan verir.

Amma bir məsələdə belə olsa kvant hökmranlığı əldə etmək dünyada bir ilk sayıla bilər, üstəlik bu məsələnin də həllinin praktikada əhəmiyyəti olduğu deyilir.

Yaxın illərdə Çinin “Şor” alqoritmi sahəsində də hökmranlıq əldə edəcəyi ehtimal edilir.

Xatırladaq ki, Google şirkəti də 2019-da ilk dəfə kvant hökmranlığa nail olduğunu elan etmişdi, lakin daha sonra IBM, Google-un nəticələri süni olaraq şişirtdiyini iddia etmişdi. Çin isə bu qəbildən hökranlığını elan edən ilk dövlət olduğunu bəyan edib.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO