Kirkorov erməni jurnalist Marqarita Simonyanı yalan danışmaqda ittiham etdi - VİDEO

Kirkorov erməni jurnalist Marqarita Simonyanı yalan danışmaqda ittiham etdi - VİDEO

Hazırda oxunan: Kirkorov erməni jurnalist Marqarita Simonyanı yalan danışmaqda ittiham etdi - VİDEO

72350

Keçmiş SSRİ Xalq artisti Alla Puqaçova iki uşağı və beşinci əri, yumorist Maksim Qalkinlə Ukraynada xüsusi əməliyyat başlayanda Rusiyanı tərk edib. İndi də hər tərəfdən daşlar onların üstünə uçur. Primadonnanın keçmiş əri Rusiyanın Xalq artisti Filipp Kirkorov həmkarlarına qarşı iftira atan jurnalist Marqarita Simonyanın "abırını ətəyinə töküb".

Bizim.Media xəbər verir ki, Filipp Kremldəki konsert öncəsi jurnalistlərin suallarını cavablandırarkən, Marqaritanı böhtan atmaqda və yalan danışmaqda ittiham edib.

Sənətçi Alla ilə Maksimin müdafiəsinə qalxıb, Simonyanı sözləri ilə rüsvay edib.

"Bir insanı və onun ailəsini açıq şəkildə təhqir etmək üçün əlində şam tutmusan?  Alla və Maksimin övladları sənə necə baxmalıdır? Bir insana necə cəsarətlə böhtan atırsınız? Necə cəsarətlə xalqı alçaldırsınız? Sənə kim bu haqqı verib?! Marqarita, sən bizim ölkənin ruporunun baş redaktorusan və nifaq salmağa haqqın yoxdur. Hər birimizin günahları var, biz müqəddəs deyilik!".

Qeyd edək ki, Marqarita Simonyan “Rossiya 1”  telekanalında yayımlanan tanınmış jurnalist Vladimir Solovyovun müəllif verilişində Rusiya hakimiyyətinin Ukraynadakı hərəkətlərini tənqid edən Maksim Qalkin haqqında danışıb.

”Marqarita Maksimi “fırıldaqçı” adlandıraraq onu canlı efirdə biabır edib:  “O, geydir. Fikirləri yayındırmaq, zənginləşmək və karyera yolu üçün yaşlı bir qadınla evlənir və ona inanmayan tamaşaçılarının əsl sevgisinə sahib olmağa çalışır”.


Rəşad Əliyev, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO