İran şahının azərbaycanlı arvadı intihar edən oğlu ilə şəklini PAYLAŞDI

İran şahının azərbaycanlı arvadı intihar edən oğlu ilə şəklini PAYLAŞDI

Hazırda oxunan: İran şahının azərbaycanlı arvadı intihar edən oğlu ilə şəklini PAYLAŞDI

72156

İranın devrilmiş şahı Məhəmmədrza Pəhləvinin həyat yoldaşı, “Şahbanu” titullu Fərəh Pəhləv intihar etmiş oğlu ilə fotosunu paylaşıb.

Bizim.Media xəbər verir ki, o, fotonu sosial şəbəkə hesabında paylaşıb. Paylaşımda deyilir:

“Əzizim Əlirza, xatirən xəyalımın məxfiliyində həmişə yaşayır”.

Qeyd edək ki, Fərəh Pəhləvi İran şahı Məhəmmədrza Pəhləvinin 3-cü arvadıdır. O, şahın arvadları arasında “Şahbanu” titulunu almış yeganə xanımdır.

Fərəh Pəhləvi şahın əvvəlki iki arvadından fərqli olaraq ona varis (oğlan övladı) dünyaya gətirə bilmişdi.

Şahın üç xanımı arasında yalnız onun üçün tacqoyma mərasimi (1967) keçirilib, ona “Şahbanu” titulu verilib.  

21 yaşlı Fərəh və 40 yaşlı Məhəmməd Rza Pəhləvinin toyu 1959-cu il dekabrın 21-də baş tutmuşdu.  Bu evlilikdən onların dörd övladı olub: Rza Kir Pəhləvi (1960), Fərəhnaz Pəhləvi (1963), Əlirza Pəhləvi (1966), Leyla Pəhləvi (1970). 
Məhəmməd Rza Pəhləvi 16 sentyabr 1941-ci ildən 11 fevral 1979-cu il tarixinədək İranda şahənşah olub. 1979-cu ildə İranda şahənşahlıq ləğv olunub, inqilab nəticəsində şah hakimiyyəti devrilib və İran İslam Respublikası elan edilib. Nəticədə vətənini tərk edərək mühacirətə yollanan şah 27 iyul 1980-ci ildə 60 yaşında Misirin paytaxtı Qahirədə xərçəngdən ölüb. Onu Əl-Rifahi məsçidində dəfn ediblər. 

Şahın ölümündən sonra Misir prezidenti onun ailəsinə yaşamaları üçün saray ayırıb. Amma Misir prezidentinin qətlə yetirilməsi səbəbilə Fərəh Pəhləvi və ailəsi bu ölkəni tərk edərək, ABŞ-ın dövlət başçısı Reyqanın dəvəti ilə okeanın o tayına yollanıb. 
2001-ci ildə Fərəh Pəhləvinin qızı şahzadə Leyla vəfat edib. 

2011-ci ildə ailəyə növbəti bədbəxtlik üz verib. Məhəmməd Rza Pəhləvinin kiçik oğlu Əlirza Pəhləvi özünü güllə ilə vuraraq, intihar edib.

Bu gün şahbanu Fərəh Pəhləvi Parisdə və Vaşinqtonda yaşayır. Böyük oğlu da ailəsi ilə bərabər Vaşinqtondadır. İran mühacirlərinin bir hissəsi onu "şah" adlandırır. Atasının vəfatından sonra Rza Kir Pəhləvi varis kimi bu titulu götürüb.  Mühacirətdəki iranlılar Fərəh Pəhləviyə əvvəlki kimi “Şahbanu” deyərək müraciət olunur. 

Pəhləvilər ailəsi hazırda İranda "arzuolunmaz ailə" statusunu daşıyır. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO