Amerikada azərbaycanlıları birləşdirən platforma yaradıldı – Üzvlük PULLU olacaq

Amerikada azərbaycanlıları birləşdirən platforma yaradıldı – Üzvlük PULLU olacaq

Hazırda oxunan: Amerikada azərbaycanlıları birləşdirən platforma yaradıldı – Üzvlük PULLU olacaq

72087

Amerikada dünya azərbaycanllarını bir yerə toplayan sosial-media platforması yaradılıb.

Bu barədə Bizim.Media-ya Azerbaijani Unionun həmtəsisçisi və direktoru Fərhad Ələkbərzadə məlumat verib.

Platformanı Kaliforniya ştatında yerləşən "Azerbaijani Union" (Azərbaycanlılar Birliyi) diaspor təşkilatı dünya azərbaycanlılarını bir yerə toplamaq üçün sosial media platforması yaradıb. Platforma www.azerbaijaniunion.com ünvanı üzrə yerləşir.

Fərhad bəyin sözlərinə görə, bu platformada həmyerlilərimiz öz ixtisas və maraqları üzrə qruplara daxil ola, xüsusi forumda müzakirə apara, öz yaşadığı ölkə üzrə fərqli mövzularda elanlar yerləşdirə və izləyə, eyni zamanda dünyanın fərqli nöqtələrində yaşayan insanlar ilə əlaqə qura biləcəklər. 

“Bütün bunlarla paralel saytda tədbirlər bölümü hazırlanıb. Hər həftənin şənbə günü dünyanın fərqli nöqtələrində yaşayan və öz peşə sahəsi üzrə böyük nəticələr əldə etmiş uğurlu azəbaycanlılar platforma üzvləri ilə öz təcrübəsini bölüşəcəklər. Bu görüşlər nəticəsində dünyanın fərqli nöqtələrində yaşayan həmyerlilərimizin bilik və bacarığını artırmaq hədəfi platforma qarşısında prioritet olaraq qoyulub”.

Direktor qeyd edib ki, təşkilatın peşəkar və tam ştat fəaliyyətini təmin etmək üçün aylıq 5 dollarlıq üzvlük haqqı təyin olunub. Xaricdə təhsil alan tələbələr üçün 50% endirim təklif olunacaq:

“Platformanın üzvü olan valideynlərin 13-18 yaş arası övladları üçün platformadan istifadə tamamilə ödənişsiz olacaq. Bu üzvlük haqqı ilə istifadəçilər platformanın yuxarıda qeyd olunan imkanlarından yararlana biləcəklər”. 

Fərhad bəy əlavə edib ki, Platformada həmçinin biznes sahibləri və təşkilat rəhbərləri üçün qruplar yaradılıb. Dünyanın fərqli yerlərində yaşayan biznes sahibləri bu platforma köməyilə görüşlər keçirə, yeni əlaqələr qura və bizneslərini yeni ölkələrə çıxarmaq imkanı qazanacaqlar.
Qeyd edək ki, sosial şəbəkə platformasının rəsmi təqdimatı 30 aprel Bakı vaxtı ilə 20:00-da onlayn şəkildə həyata keçiriləcək.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO