"İndi Zelenski - Putin danışıqlarının vaxtı deyil" - Ukrayna Prezidentinin Ofisi 

Hazırda oxunan: "İndi Zelenski - Putin danışıqlarının vaxtı deyil" - Ukrayna Prezidentinin Ofisi 

72055

"Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında indi görüş keçirilməsinin vaxtı deyil". 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “Azadlıq Radiosu”na müsahibəsində bildirib. 

“Danışıqlar bir qədər sonra yəqin ki, olacaq. Biz istəyirik ki, Ukraynanın bu danışıqlarda mövqeyi çox güclü olsun” – deyə Podolyak qeyd edib. 

Onun sözlərinə görə, Ukrayna və Rusiyanın üzərində çalışdığı sənəd müharibədən çıxmağın məntiqini əks etdirməlidir: 

“Ukrayna ərazisi boyu atəşkəs, Rusiya ordusunun Ukraynadan çıxması, əsirlərin mübadiləsi, yəni ölkələrin müharibəni dayandırarkən razılaşdığı bütün bəndlər olmalıdır. Əlbəttə, aramızda hər hansı sülh və dostluq sazişi olmayacaq. Biz Rusiya üçün qırmızı xətləri təsbit etməliyik ki, bu ölkə bir də Ukrayna ərazisinə soxula bilməsin”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO