Moldova və Rumıniya hansı şərtlərlə birləşə bilər? - Mayya Sandudan AÇIQLAMA

Moldova və Rumıniya hansı şərtlərlə birləşə bilər? - Mayya Sandudan AÇIQLAMA

Hazırda oxunan: Moldova və Rumıniya hansı şərtlərlə birləşə bilər? - Mayya Sandudan AÇIQLAMA

71883

Moldovanın Rumıniya ilə birləşməsi yalnız bu ideyanın əhali tərəfindən dəstəklənməsi ilə mümkün ola bilər.

Bizim.Media xəbər verir ki, bunu Moldova Prezidenti Mayya Sandu Jurnal TV telekanalına müsahibəsi zamanı iki ölkənin birləşməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran zaman deyib.

“Bu, yalnız xalqın dəstəyi ilə mümkündür. Hələ ki, xalq bunu istəmir və ya həmin hədəfi dəstəkləyən kritik kütlə hələ formalaşmayıb”, - deyə Mayya Sandu bildirib.

Bir müddət öncə ölkənin sabiq baş naziri Yuri Lyanke Moldovanın hərbi təhlükəyə qarşı NATO və Avropa İttifaqının müdafiəsini təmin etməsi üçün Rumıniya ilə birləşməli olduğunu deyib. Moldova qanunvericiliyə görə, belə məsələlər respublika referendumuna çıxarılmalıdır.
Qeyd edək ki, 1918-ci ildə Kişinyovda yerləşən yerli idarəetmə orqanı qonşu ölkə ilə birləşmə qərarı verdikdən sonra Rumıniya ordusu Moldovaya daxil olub.

1940-cı ilin iyununda Sovet İttifaqı Moldovanı öz ərazisinə qatsa da, 1991-ci ildə Kişinyov müstəqilliyini qazana bilib. Hazırda hər iki ölkədə birləşmə ideyasının tərəfdarları mövcuddur. Moldovada keçirilən rəy sorğularının nəticələrinə görə, əhalinin 50 faizdən çoxu Rumıniya ilə birləşməyə qarşıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO