"Kiyev hərbi əməliyyatları Rusiya ərazisinə keçirib-keçirməməyə özü qərar verməlidir" - Blinken

Hazırda oxunan: "Kiyev hərbi əməliyyatları Rusiya ərazisinə keçirib-keçirməməyə özü qərar verməlidir" - Blinken

71836

“Birləşmiş Ştatlar hesab edir ki, Ukrayna hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə cəhd edib-etməmək barədə özü qərar verməlidir”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib. 

“Hazırda Vaşinqton ukraynalıları “rusları ölkə ərazisindən sıxışdırmaq üçün lazım olan hər şey” ilə təmin etmək məqsədi daşıyır. Ayrı sual, ukraynalıların öz sərhədlərini aşan hərəkətlər etməli olub-olmamasıdır. Mənim fikrimcə, Rusiya təcavüzündən müdafiə üçün nə lazımdırsa, onlar üçün həyati əhəmiyyət kəsb edir. Bu vəziyyətdə taktika seçimi onların öz qərarıdır " – deyə Blinken qeyd edib.
Bundan əvvəl məlum olub ki, ABŞ kəşfiyyatı Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsinə qoyulan məhdudiyyətləri qismən aradan qaldırıb.

“Qərar ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvünün ABŞ prezidenti Co Baydenə məhdudiyyətin aradan qaldırılmasını tələb edən mesaj göndərdikdən sonra verilib”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO