Ermənistanda Rusiya ordusunun hərbçisi ölü tapıldı -  YENİLƏNİB

Ermənistanda Rusiya ordusunun hərbçisi ölü tapıldı - YENİLƏNİB

Hazırda oxunan: Ermənistanda Rusiya ordusunun hərbçisi ölü tapıldı - YENİLƏNİB

71828
Ermənistanın Şirak rayonunun Maisyan kəndi yaxınlığında asılmış halda tapılan kişi meyitin kimiyi məlum olub.

ANS PRESS-in məlumatına görə, meyit Rusiyanın Sərhəd Qoşunlarının Ermənistandakı hərbi hissəsində müqavilə ilə xidmət edən hərbi qulluqçusu Artur Afyan məxsus olduğu araşdırmalardan sonra məlum olub.

O, fevralın 21-də itkin düşmüşdü.


...14:30...

Cinayət hadisələri ilə populyarlıq qazanan Ermənistanın Gümri şəhəri yaxınlığında sifəti tanınmaz hala salınmış kişi meyidi tapılıb.

ANS PRESS-in məlumatına görə, cəsəd Gümrüdən şimalda yerləşən Maisyan kəndində, Gümri-Bavra avtomagistiral şossedə aşkarlanıb.

Kəndin ağsaqqalı Akop Baqdasaryanın sözlərinə görə, naməlum kişi meyidini kənd kilsəsinin yanında tapıblar.

Qətlə yetirilmiş şəxs 30-35 yaşlarında olub. Kənd sakinləri onun cəsədinə baxış keçirərkən, nədən öldüyünü müəyyən edə bilməyiblər.

"Üzü təmamilə tanınmaz hala salınmışdı. Əvvəlcə biz düşündük ki, bu kimdirsə bizim mal-qara fermamızdandır. Yoxladıq, aydın oldu ki, fermaın bütün işçuiləri sağ-salamatdır. O, bizim kənddən deyildi. Qalan işləri qoy hüquq-mühafizə orqanları görsün. Artıq bizlik bir şey yoxdur"- deyə Akop Baqdasaryan bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO