“Microsoft” korporasiyasının ötən rübdə gəliri açıqlandı

“Microsoft” korporasiyasının ötən rübdə gəliri açıqlandı

Hazırda oxunan: “Microsoft” korporasiyasının ötən rübdə gəliri açıqlandı

71629

ABŞ-ın “Microsoft korporasiyasının ötən rübdə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 49,36 milyard dollara çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

Martın 31-də başa çatan üç aylıq dövr ərzində şirkətin xalis gəliri illik müqayisədə 8 faiz artaraq 16,72 milyard dollara çatıb.

“Microsoft”un qeyd olunan dövrdə əməliyyat mənfəəti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 20,36 milyard dollar təşkil edib.

CNBC televiziya şirkətinin məlumatına görə, şirkətin maliyyə göstəriciləri qurumun mənfəətinin 49,05 milyard dollardan çox olmayacağını proqnozlaşdıran ekspertlərin gözləntilərini üstələyib.
1975-ci ildə sahibkarlar Bill Qeyts və Pol Allen tərəfindən qurulan “Microsoft", kompüterlərdən tutmuş mobil telefonlara qədər müxtəlif cihazlar üçün proqram təminatı istehsal edən ən böyük korporasiyalardan biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO