ABŞ Prezidenti Co Bayden yaxın aylarda İsrailə səfər etmək dəvətini qəbul edib. İsrailin baş naziri Naftali Bennet ilə həftə sonu telefon danışığı zamanı prezident yəhudi dövlətinə gedəcəyini söyləyib. Lakin heç bir ölkə gözlənilən səfərin tarixini açıqlamayıb.
Bizim.Media TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ağ Evin mətbuat katibi Cen Psaki bunu jurnalistlər üçün brifinqdə deyib.
Rəsmilərin dediyinə görə, liderlər danışıqlar zamanı Qüdsdəki son İsrail-Fələstin iğtişaşlarını, eləcə də İranın nüvə ambisiyaları ilə bağlı ortaq narahatlıqlarını müzakirə ediblər.
Bizim.Media