Lavrov 3-cü dünya müharibəsinin anonsunu verdi: “Real təhlükə yaranıb”

Lavrov 3-cü dünya müharibəsinin anonsunu verdi: “Real təhlükə yaranıb”

Hazırda oxunan: Lavrov 3-cü dünya müharibəsinin anonsunu verdi: “Real təhlükə yaranıb”

71415

“Üçüncü dünya müharibəsinin başlaması üçün real təhlükə yaranıb”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Birinci Kanal”ın efirində deyib.

Nazir hazırkı vəziyyəti Karib böhranı dövrü ilə müqayisə edib: “O zaman SSRİ və ABŞ liderlərinin etibar etdiyi rabitə kanalı var idi. İndi belə kanal yoxdur və heç kim onu yaratmağa çalışmır. Erkən mərhələdə edilən ayrı-ayrı cəhdlər böyük nəticə vermədi. Onsuz da bütün bu illər ərzində NATO genişləndi, xəbərdarlığımızın əksinə olaraq Ukraynanı silahlandırdı, Kiyevin rusofob mahiyyətini hər dəfə həvəsləndirdi. Bu, Poroşenkonun dövründə quruldu, Zelenskinin dövründə isə möhkəmləndi”.

Üçüncü dünya müharibəsinin başlanmasının qarşısını almaq üçün Moskvanın nəyə hazır olmasından danışan diplomat qeyd edib ki, Rusiya uzun illərdir ki, bunun üçün çox işlər görür.

“Hətta Tramp administrasiyası dövründə də biz Moskva və Vaşinqtonda ən yüksək səviyyələrdə Qorbaçov və Reyqanın 1987-ci ildə nüvə müharibəsində qaliblərin ola bilməyəcəyi barədə verdikləri bəyanatı bir daha xatırlatdıq.

Tramp komandasını xalqlarımız üçün deyil, bütün dünya üçün vacib olan bu bəyanatı təkrarlamağa çağırdıq. Təəssüf ki, həmkarlarımızı belə bir addımın zəruriliyinə inandıra bilmədik, lakin biz Bayden administrasiyası ilə çox tez razılaşdıq və ötən ilin iyununda Cenevrədə keçirilən sammit zamanı prezidentlərimiz belə bəyanatla çıxış etdilər”, - Rusiya XİN rəhbəri yekunlaşdırıb.

Qeyd edək ki, Karib böhranı və ya digər adı ilə Kuba raket böhranı SSRİ ilə ABŞ arasında ABŞ-a məxsus ballistik raketlərin İtaliya və Türkiyədə yerləşdirilməsi, həmçinin buna cavab olaraq Sovet raketlərinin Kubada yerləşdirilməsi nəticəsində 16-28 oktyabr 1962-ci il tarixləri aralığında meydana gələn gərginlikdir. Bu qarşıdurma Soyuq müharibə ərzində genişmiqyaslı nüvə müharibəsinin başlamasına yol açacaq ən yaxın münaqişə olaraq da tanınır. Soyuq müharibə dövrü çəkişmələrin kifayət qədər qızdığı və bir mənada yer üzünün nüvə fəlakətindən döndüyü Karib böhranı, şübhəsiz dünya siyasi tarixinin yaxın dövrdə baş verən ən vacib hadisələrindən biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO