Ərdoğan erməni deputat Garo Paylanı “satqın” adlandırdı: “Parlamentdə yeri yoxdur”

Ərdoğan erməni deputat Garo Paylanı “satqın” adlandırdı: “Parlamentdə yeri yoxdur”

Hazırda oxunan: Ərdoğan erməni deputat Garo Paylanı “satqın” adlandırdı: “Parlamentdə yeri yoxdur”

71412

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kürd yönümlü Xalqların Demokratiya Partiyasından olan erməni əsilli deputat Garo Paylanı “satqın” adlandırıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, Paylanın uydurma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini parlamentə təqdim etməsi Türkiyə liderini bərk qəzəbləndirib.

Onun sözlərinə görə, Paylanın “ölkə parlamentində yeri yoxdur”.

“Biz bu qanun layihəsini ən yüksək instansiyada açıq-aydın xəyanət kimi qəbul edirik”, – Ərdoğan hökumətin iclasından sonra xalqa müraciətində deyib.

O, "parlamentin hüquq və əxlaq normalarını pozan" Paylana qarşı "lazımi tədbirlər" görüləcəyinə ümid edir.

Bazar ertəsi Ankara prokurorluğu müxalif Cümhuriyyət Xalq Partiyasının deputatı Mustafa Sezginin Tvitterdə “erməni soyqırımı” ilə bağlı paylaşımına görə istintaqa başlayıb. İstintaq 3 ilə qədər həbs cəzası nəzərdə tutan 301-ci (“Türkiyə dövlətini açıq şəkildə təhqir etmə”) maddə ilə aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO